AZ

Şəkərsiz kolanın ürək üçün zərərləri: Həkim xəbərdarlıq etdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Şəkərsiz kola içkisi infarkt və insult riskini artıra bilər. Bu, içkinin tərkibində şəkər əvəzinə istifadə olunan şəkər əvəzediciləri ilə bağlıdır.

Oxu.Az-ın məlumatına görə, bu barədə rusiyalı həkim Elvira Xaçirova Gazeta.ru-ya açıqlamasında bildirib.

"Bu, aşağıkalorili şəkər əvəzedicisi olan eritritdir. Eritrit qan dövranında trombositlərin aktivliyini artırır. Bu isə tromb yaranması üçün əlverişli şərait yaradır. Bu baxımdan şəxsi riskləri nəzərə almaq və hətta şəkəri az olan içkiləri də hədddən artıq qəbul etməmək tövsiyə olunur", - deyə Elvira Xaçirova bildirib.

Həkimin sözlərinə görə, ürək-damar sisteminə mənfi təsir göstərən bir sıra içkilərin istehlakı məhdudlaşdırılmalı, bəzən isə tamamilə imtina edilməlidir:

"Belə içkilərə alkoqollu içkilər daxildir. Alkoqol xüsusən də yüksək dozada qəbul edildikdə, qan təzyiqini artırır, ürək əzələsinə toksik təsir göstərir və ürək-damar xəstəliklərinin inkişaf riskini yüksəldir. Eyni zamanda, enerji içkiləri də təhlükəlidir. Onların tərkibindəki kofein və digər stimullaşdırıcı maddələr ürək döyüntüsünü və təzyiqi artıraraq ciddi fəsadlara səbəb ola bilər".

Xaçirova onu da qeyd edib ki, qəhvənin həddindən artıq istifadəsi də ürək və qan damarları üçün təhlükəlidir, xüsusilə kofeinə qarşı yüksək həssaslığı olan şəxslər üçün. "Bu səbəbdən daha çox su, qazsız içkilər, şəkərsiz çaylar və şəkər əlavə olunmamış meyvə-tərəvəz şirələri içmək tövsiyə olunur", - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
oxu.az

3Mənbələr