AZ

"Atletiko"ya keçməyə RAZIDIR

“Liverpul”un futbolçusu Endi Robertson “Atletiko”ya keçmək fikrini müsbət qarşılayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

31 yaşlı müdafiəçi yüksək səviyyədə oynamağa davam etmək və Çempionlar Liqasında çıxış etmək istəyir.
 

“Liverpul”un macarıstanlı müdafiəçi Miloş Kerkesi transfer etməsi ilə Robertsonun mövqeyində rəqabət daha da artıb. Bu, onun klubu düşünməsinə səbəb olub.


Qeyd edək ki, Endi Robertsonun “Liverpul”la müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, başa çatan mövsümdə 45 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

Seçilən
5
4
bizim.media

5Mənbələr