AZ

İran İsraildə xəstəxananı raketlə vurdu – ANBAAN VİDEO

Bu gün gecə saatlarında İran yenidən İsrailə hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, hücum zamanı raketlərdən biri Soroka xəstəxanasına düşüb.

Nəticədə binaya zərər dəyib, xəstələr təxliyə olunub. Ölən və yaralananlarla bağlı hələlik məlumat yoxdur.
 

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.


İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.


Bizim.Media

Seçilən
10
7
bizim.media

10Mənbələr