AZ

Tikinti sahəsində tam nəzarətsizlik - MTK-ların mənzilə “kupça” alınması üçün vətəndaşlardan pul və bütün əmlaklara dair etibarnamə tələb etməsi qanunsuzdur

Hüquqşünas Əkrəm Həsənov şirkət ipotekası ilə mənzil alanların çıxarış əldə etmək istədikləri zaman MTK-ların vətəndaşlardan bütün əmlaklara dair etibarnamə tələb etməsi məsələsinə münasibət bildirib.

 

Ə.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, bu sahədə qanunsuzluq və özbaşınalıq baş alıb gedir.

 

O bildirib ki, ipoteka əmlakı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olan əmlakdır: “Bina özü qeydiyyatda yoxdursa, nə ipoteka? Əlbəttə ki, həmin şirkət vətəndaşı aldadır. Vətəndaş çıxarış almaq üçün sənədləri istəyirsə, MTK ona bütün sənədləri verməlidir. Ev girovda ola bilməz. Çünki heç yerdə qeydiyyatda yoxdur. Artıq pul qazanmaq üçün boş-boş danışırlar. Ən az yeddi yüz manat... Mən niyə sənə yeddi yüz manat verməliyəm? Sənədimi ver, gedib çıxarışımı özüm alım! Vətəndaşdan tələb edilən etibarnamədə “bütün əmlaklar” sözünün yazılması da qaranlıqdır. Mənzilin ünvanı yoxdursa, konkret yazsınlar ki, filan şirkətin filan yerdə tikdiyi filan binaya aid. Ən azından belə yazsınlar. Bütün bunlar ondan xəbər verir ki, bu şirkət qanunsuz iş görmək istəyir”.

 

Aytəkin Qardaşova

Tarix: 19 İyun 2025, 09:15   
Seçilən
18
1
pravda.az

2Mənbələr