Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Farer adalarına yola düşüb.
İdman.biz xəbər verir ki, Fərid Cəlalovun komandası bu ölkədə keçiriləcək Avropa Gümüş Liqasının 3-cü turunda mübarizə aparacaq.
İyunun 20-22-də baş tutacaq mərhələdə millimizin rəqibləri Farer adaları və Avstriya komandaları olacaq.
Qeyd edək ki, 4 turdan sonra yığmamız Avropa Gümüş Liqasında 3 xalla beşinci yerdədir.
İdman.biz