AZ

“Sabah”ın rəqibinin baş məşqçisi: “Heç bir rəqibdən çəkinmirik, özümüzə inanırıq”

“Unutmaq olmaz ki, hər bir komanda daxili çempionat və ya kubok vasitəsilə avrokubokda iştirakını rəsmiləşdirir. Bu da onların ciddi rəqib və keyfiyyətə malik olması deməkdir”.

İdman.biz xəbər verir ki, bunu Sloveniyanın “Selye” klubunun baş məşqçisi Albert Riera deyib.

O, komandasının Avropa Liqasında “Sabah”a rəqib olmasını dəyərləndirib. Riera klubun rəsmi saytın müsahibəsində bildirib ki, futbolçularına inanır: “İlk mərhələdə Azərbaycan “Sabah”ı ilə oynayacağıq. Onlarla qarşılaşmaya hələ çox vaxtımız olduğundan rəqibi hərtərəfli təhlil edə biləcəyik. İkinci təsnifat mərhələsindəki rəqibin də adı bəllidir. Ötən mövsüm keyfiyyətli rəqiblərə qarşı hər matçda çox yaxşı çıxış etdiyimiz üçün özümüzə inanırıq”.

Ötən mövsüm Konfrans Liqasında 1/4 finala kimi irəliləyən “Selye”nin baş məşqçi bu il də hədəflərinin yüksək olduğunu vurğulayıb: “Ötən mövsüm əldə etdiyimiz nəticə fantastik idi. Təkcə klubun deyil, bütün ölkənin fəxr edə biləcəyi Sloveniya klub futbolunun tarixini yazdıq. Bu bizim üçün çox şey deməkdir. Həmişə deməyi xoşladığım kimi - futbolda keçmişlə yaşamaq olmaz. Hər mövsüm yeni motivasiya tapmalı, yeni məqsədlər qoymalı və onlara çatmaq üçün hər şeyi etməlisən. Yeni mövsümə də eyni məqsədlə başlayacağıq. Biz kim olduğumuzu bilirik, heç bir rəqibdən çəkinmirik. Çünki istənilən komanda ilə rəqabət apara biləcəyimizi sübut etmişik”.

Qeyd edək ki, “Sabah” “Selye”yə ilə ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.

İdman.biz

Seçilən
5
1
idman.biz

2Mənbələr