AZ

Qobustanda odlu silahlar aşkarlandı

Qobustan Rayon Polis Şöbəsinə Xilmilli kəndi ərazisində odlu silah-sursat tapılması barədə məlumat daxil olub.Metbuat.az xəbər verir ki, əraziyə baxış keçirilərkən oradan 9 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanaraq götürülüb. Aşkar olunmuş silahlar müvafiq ekspertizaya göndərilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakini qanunsuz saxladığı 1 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib

Seçilən
17
3
metbuat.az

5Mənbələr