AZ

Tamara Vallois: Qəbələ ilə Əbu Dabi arasında reyslərin açılması turizmin inkişafını sürətləndirəcək

ain.az bildirir, Apa.az portalına istinadən.

Qəbələ ilə Əbu-Dabi arasında birbaşa kommersiya reyslərinin işə düşməsi bölgədə turizmin və iqtisadi inkişafın sürətlənməsi üçün yeni imkanlar yaradır.

“APA-Economics” xəbər verir ki, bunu Wizz Air şirkətinin Kommersiya direktoru, Tamara Vallois bildirib.

“Wizz Air Abu Dhabi”nin sərfəli qiymətləri sayəsində Azərbaycanın şimal bölgələrinin sakinləri artıq Əbu-dabinin rəngarəng mədəniyyəti və zəngin irsini kəşf etmək üçün sürətli və rahat imkana malikdirlər. Eyni zamanda, Əbu-Dabidən gələn sərnişinlər bu bölgənin unikal mənzərələrindən və təbiət gözəlliklərindən ilboyu yararlana biləcəklər. Birbaşa hava əlaqəsini qeyd etmək məqsədilə biz bu günə xüsusi 20%-dək endirim təklif edirik. Şəbəkəmizi genişləndirməyə və sərfəli səyahət imkanları təqdim etməyə sadiq qalırıq, eyni zamanda Əbu-Dabinin unikal qlobal istiqamətlərə çıxış qapısı rolunu daha da gücləndiririk” -deyə Tamara Vallois qeyd edib

Xatırladaq ki, bu gün BƏƏ-nin ultra-aşağıbüdcəli milli aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” Qəbələdən Əbu-Dabiyə ilk reysi rəsmi olaraq həyata keçirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
157
50
apa.az

10Mənbələr