AZ

Toya gedənlər qəzaya düşdü, 5 nəfər yaralandı - FOTO

Lənkəranda toya gedənlər qəzaya düşüb.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza Ələt-Astara magistralının 165-ci km-də qeydə alınıb.

1976-cı il təvəllüdlü Fəxrəddin Mirzəyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən aşıb. Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları 1980-cı il təvəllüdlü Yeganə Alişanova, 2003-cü il təvəllüdlü Afət Mirzəyeva, 2005-ci il təvəllüdlü Fəxriyyə Mirzəyeva, 1966-cı il təvəllüdlü Tahirə Alişanova və 2012-ci il təvəllüdlü A.Məmmədov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Ailə Lerik rayonuna toy məclisinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

 

FOTO QALEREYA
Seçilən
2
24
avtosfer.az

10Mənbələr