AZ

Rektor MDU-nun əməkdar müəllimləri ilə görüşüb

2025-ci ilin 19 iyun tarixində rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdar və təcrübəli müəllimlərlə görüş keçirib. Görüşdə universitetin gələcək inkişaf perspektivləri, qarşıda duran hədəflər və planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.

 

Bu barədə AzEdu.az-a MDU-dan məlumat verilib.


Rektor bildirib ki, universitetin qocaman və təcrübəli müəllimləri MDU-nun tədris, elm və idarəetmə proseslərində aktiv şəkildə iştirak etmələri universitetin dayanıqlı inkişafında əhəmiyyətli rol oynayırlar. O vurğulayıb ki, bu nəsil yalnız zəngin biliyi ilə deyil, həm də ali təhsil sistemində formalaşdırdığı insan kapitalı ilə seçilir.

Gənc müəllimlərin peşəkar və mənəvi inkişafında əməkdar kadrların müstəsna rolu olduğunu xüsusi qeyd edən rektor A. Eminov hər uğurlu gənc müəllimin arxasında onu ruhlandıran, istiqamət verən və öz nümunəsi ilə yol göstərən bir qocaman müəllimin dayandığını bildirib.


Görüşün sonunda iştirak edən müəllimlər onlara göstərilən diqqət və qayğıya görə
təşəkkürlərini bildiriblər. Görüş zamanı müəllimlərin sualları cavablandırılıb, ideya və
təklifləri dinlənilib.

Seçilən
11
2
azedu.az

3Mənbələr