AZ

Qlobal Cənub QHT Platformasının ilk yan tədbiri 32 ölkədən QHT-lərin iştirakı ilə Almaniyada keçirilib Qlobal Cənub QHT Platformasının ilk yan tədbiri 32 ölkədən QHT-lərin iştirakı ilə Almaniyada keçirilib

Bakı.Trend:

Bu gün Qlobal Cənub QHT Platforması BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının 62-ci sessiyası(SB62) çərçivəsində Bonnda “Ədalətli dünya naminə birləşmək:bərabər iqlim həlləri üçün Cənub-Cənub həmrəyliyi vətərəfdaşlıqlarının gücləndirilməsi” adlı yan tədbir keçirib.

Trend xəbər verir ki, Qlobal Cənub QHT Platformasının müvəqqətibaş katibi Ramil İskəndərli bildirib ki, 32 ölkədən 47 QHTtəmsilçisinin, iqlim fəallarının bu toplantıya qatılmasıPlatformanın elan etdiyi “Bakı prosesi”nin davamıdır. O, qlobaltəklənməyə qarşı birləşmə texnikası kimi Qlobal Cənub QHTPlatformasının mühüm əhəmiyyətini qeyd edib. R.İskəndərli COP29-unqalıcı töhfəsi kimi Platformanın ilk yan tədbirinin məhz dünyanıniqlim mərkəzi olan Bonnda keçirilməsinin rəmzi mahiyyət daşıdığınıda vurğulayıb.

Daha sonra panel müzakirələri keçirilib. Müzakirələrdə iqlimböhranının təsirlərinə qarşı Azərbaycanın fəal diplomatiyavasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqefərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoquinkişaf etdirmək üçün əzmlə çalışmasına diqqət çəkilib. Qeyd olunubki, bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə QlobalCənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızmühitidir, Platforma bu etimad quruculuğu işinə mühüm töhfə verəbilər.

Platforma Katibliyinin əməkdaşı Nədimə Rəhimlinin moderatorluğuilə baş tutan müzakirələrdə UNFCCC-nin iqlim uyğunlaşması üzrətəmsilçisi, Afrika və Qlobal Cənub üzrə siyasət tədqiqatçısı SohaBençekrun (Soha Benchekroun), ARROW təşkilatının Asiya-Sakit okeanregionu üzrə Proqram direktoru Menka Qundan (Menka Goundan),“Gender Hub Azerbaijan” İctimai Birliyinin sədri Məryəm Məcidova,az inkişaf etmiş ölkə universitetlərinin İqlim DəyişmələriKonsorsiumunun rəhbəri, COP29 Elmi Şurasının üzvü Professor MizanR.Xan (Mizan R. Khan), “Qadın İnkişaf və Gələcək” İctimaiBirliyinin sədri Gülşən Axundova spiker qismində çıxış ediblər.

Spikerlər Azərbaycanın COP29 çərçivəsində fəaliyyətini yüksəkqiymətləndirib, xüsusilə az inkişaf etmiş ölkələrə, adadövlətlərinə dəstəyini alqışlayıblar.

Panel iştirakçıları Bakının Qlobal Cənub QHT-lərininmövqelərinin möhkəmlənməsinə kömək etməklə, Şimalla daha balanslıvə konstruktiv dialoq üçün ilkin şərtlər yaratmasını yüksəkqiymətləndiriblər. Bir da inam ifadə edilib ki, bu Platformabeynəlxalq maliyyə arxitekturasının islahatı, texnologiya transferivə iqlim dəyişmələri ilə mübarizə üçün resursların ədalətlibölüşdürülməsi kimi məsələlərin müzakirəsi üçün əlverişli formatolacaq.

Sessiyanın sonunda çıxışçılar gender bərabərliyi məsələsinə dairfikirlərini bölüşərək, bu mövzunun gələcək əməkdaşlıq və birgəfəaliyyətin əsas istiqamətlərindən biri olacağını bildiriblər.

Tədbir zamanı Qlobal Cənub QHT Platformasının təsis konfransınınvideoçarxı da nümayiş etdirilib. Xarici QHT-lər Qlobal Cənub QHTPlatforması ilə sıx tərəfdaşlığa görə Azərbaycan RespublikasınınQHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür ediblər.

Məqalədə:
Seçilən
19
8
az.trend.az

9Mənbələr