AZ

Cüdoçumuz "bürünc" uğrunda mübarizə aparacaq - DÇ

Cüdoçumuz Uşanqi Kokauri (+100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

"Football-plus.az" xəbər verir ki, o, 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə məğlub olub.

Kokauri öncə təsəlliverici görüşdə çexiyalı Lukaş Krpaleklə yarışacaq. Milli üzvü bu səddi adlasa, üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Xatırladaq ki, ölkəmizi mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.

Seçilən
17
6
football-plus.az

10Mənbələr