AZ

Zelenski NATO-nun Haaqa sammitindən sonra Avropa liderləri ilə görüşəcək - KİV

Haaqada NATO sammitindən sonra Ukrayna prezidenti Vladimir Zelenski, NATO-nun baş katibi Mark Rutte və Avropa liderləri arasında görüş keçirilə bilər.

Qaziler.az ,RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak X sosial şəbəkəsində yazıb.

Jurnalist xatırladıb ki, Haaqa sammitində Ukrayna-NATO Şurasının ən yüksək səviyyədə keçirilməsi nəzərdə tutulmur.

"Gələn həftə NATO sammitində Ukrayna-NATO Şurasının liderlər səviyyəsində rəsmi görüşü olmasa da, NATO sammitindən dərhal sonra Haaqada Zelenski, Rutte və digər Avropa liderləri ilə görüş planlaşdırılır", - Yozvyak deyib.

QAZİLER.AZ

Seçilən
18
2
qaziler.az

3Mənbələr