Haaqada NATO sammitindən sonra Ukrayna prezidenti Vladimir Zelenski, NATO-nun baş katibi Mark Rutte və Avropa liderləri arasında görüş keçirilə bilər.
Qaziler.az ,RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak X sosial şəbəkəsində yazıb.
Jurnalist xatırladıb ki, Haaqa sammitində Ukrayna-NATO Şurasının ən yüksək səviyyədə keçirilməsi nəzərdə tutulmur.
"Gələn həftə NATO sammitində Ukrayna-NATO Şurasının liderlər səviyyəsində rəsmi görüşü olmasa da, NATO sammitindən dərhal sonra Haaqada Zelenski, Rutte və digər Avropa liderləri ilə görüş planlaşdırılır", - Yozvyak deyib.
QAZİLER.AZ