20 iyun tarixində UFC Bakı Döyüş Gecəsində iştirak edəcək idmançıların çəkiölçmə mərasimi baş tutacaq.
Offsideplus.az xəbər verir ki, sabah - 20 iyun saat 17:00-dan etibarən UFC döyüşçüləri Bakı Kristal Zalında səhnəyə çıxaraq, azarkeşlərin suallarını cavablandıracaqlar.
Saat 18:00-da isə oktaqonda qarşılaşacaq döyüşçülərin təntənəli çəkiölçmə mərasimi başlayacaq. Üzləşmə mərasimi baş tutacaq və döyüş öncəki son açıqlamalar veriləcək.
Qapılar saat 16:30-da açılacaq. Giriş sərbəstdir.