AZ

Putin Cənubi Afrikada keçiriləcək G20 sammitinə dəvət alıb

Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək G20 sammitinə dəvət alıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin G20 və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) üzrə xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF-2025) çərçivəsində məlumat verib.

"Keçən həftə biz rəsmi dəvət aldıq. Bu, dövlət başçısının - Cənubi Afrika prezidentinin həmkarlarına müraciətidir.Təbii ki, bu məsələ ilə bağlı qərarı birbaşa Rusiya dövlətinin başçısı verəcək", - o, RİA Novosti ilə söhbətində deyib.

Onun sözlərinə görə, müraciət dairəvi xarakter daşıyır və mövcud G20 proseduruna uyğundur.

Seçilən
37
50
aznews.az

10Mənbələr