AZ

Klublararası dünya çempionatı: Palmeyras Əl Əhli matçı yarımçıq dayandırıldı SƏBƏB

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Klublararası dünya çempionatının A qrupunda "Palmeyras" (Braziliya) və "Əl-Əhli" (Misir) komandalarının qarşılaşdığı 2-ci turun oyunu yarımçıq dayandırılıb.

Oxu.Az xəbər verir ki, Metlayfda (İst-Rateford, ABŞ) keçirilən görüşdə hakim əlverişsiz hava şəraiti səbəbindən oyunu dayandırıb.

Qalın bulud örtüyünün yaxınlaşması və qasırğa təhlükəsi səbəbindən azarkeşlərdən arenanı tərk edərək sığınacaq tapmaq tələb olunub.

Matç 62-ci dəqiqədə dayandırılıb və hesab 2:0 "Palmeyras"ın xeyrinə olub.

Oyun qeyri-müəyyən müddətə təxirə salınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
oxu.az

10Mənbələr