AZ

Ermənistanda həbs olunan Samvel Karapetyan Fransanı məhkəməyə verdi

BAKI, 20 iyun. TELEQRAF

Rusiyanın “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyan İnvestisiya Mübahisələrinin Həlli Beynəlxalq Mərkəzində Fransaya qarşı iddia qaldırıb.

Teleqraf xəbər verir ki, iddia iş adamının Kot d'Azurdakı 120 milyon avroluq malikanəsinə qoyulan həbslə bağlıdır.

2025-ci il iyunun əvvəlində "Tashir Group"un sahibi Samvel Karapetyan İnvestisiya Mübahisələrinin Həlli Beynəlxalq Mərkəzində (ICSID, Dünya Bankı Qrupunun bir hissəsi olan və baş ofisi Vaşinqtonda yerləşir) Fransaya qarşı arbitraj prosesi başladıb.

"Tashir Group" Rusiyada daşınmaz əmlak bazarının ən böyük sahiblərindən biridir. Şirkətin 1 milyon kvadratmetrdən çoxdaşınmaz əmlakları var. Şirkətin iri layihələri arasında Moskva vilayətində Dmitrovskoye şossesində yerləşən Rio ticarət mərkəzi və Novotel Moscow City oteli var.

Qeyd edək ki, İrəvan məhkəməsi iyunun 18-də iş adamı Samvel Karapetyanı iki ay müddətinə həbs edib.

O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunub. İş adamı özünü təqsirli bilmir.

Seçilən
16
teleqraf.com

1Mənbələr