AZ

Zelenskinin biznes partnyoru Timur Mindiç Ukraynadan qaçdə

Ukrayna Ali Radasının həbsdə olan deputatı Aleksandr Dubinski Telegram kanalında yazıb ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin biznes tərəfdaşı və “Kvartal 95” studiyasının həmtəsisçisi Timur Mindiç ölkədən qaçıb.

"Unikal" xəbər verir ki, Dubinskinin iddiasına görə, “Zelenskinin pul kisəsi” adlandırılan Mindiç Zakarpatiya vilayəti vasitəsilə Ukraynanı tərk edib. Onun bu addımı son zamanlar vitse-premyer – milli birliyin naziri Oleksiy Çernışovun xarici ezamiyyətdən geri qayıtmaması ilə əlaqələndirilir.

Qeyd edək ki, Timur Mindiç Ukrayna şou-biznesində və siyasətində tanınan fiqurlardan biri olub və uzun illər Zelenski ilə yaxın əməkdaşlıq edib.

Seçilən
15
unikal.az

1Mənbələr