AZ

ChatGPT insan beyninə necə təsir edir? İlk araşdırmanın nəticələri narahatlıq doğurur

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Massaçusets Texnologiya İnstitutunun alimləri "ChatGPT"dən istifadə sonrası insan beyninin fəaliyyətini araşdırıblar. Bu sahədə aparılan ilk elmi tədqiqatdır və nəticələr "dəhşətli" adlandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "LADBible" məlumat yayıb.

Bildirilir ki, təcrübə üçün 54 tələbə üç qrupa bölünüb: "ChatGPT" və digər dil modellərindən istifadə edənlər, yalnız internet axtarışı aparanlar, heç bir yardım almadan çalışanlar.

Elektroensefaloqrafiya (EEQ) nəticələrinə görə, intellektual alqoritmlərdən (İA) istifadə edənlərdə koqnitiv fəaliyyətin azalması, yaddaş zəifləməsi və fikrin formalaşmasında çətinliklər müşahidə olunub. Dörd ay fasiləsiz İA istifadəsi bu təsirləri gücləndirib. İA-dan imtina edənlərdə beyin funksiyalarının əvvəlki vəziyyətə dönməsi çətin olub. Əvvəllər İA istifadə etməyən, lakin sonradan istifadə edənlər əvvəlcə məhsuldarlıq artımı yaşasa da, zamanla eyni geriləməni göstəriblər.

Ekspertlər xəbərdarlıq edir ki, süni intellekt faydalı alət olsa da, ondan həddindən artıq asılılıq tənqidi düşüncə və öyrənmə qabiliyyətinə (xüsusilə təhsil sahəsində) zərər verə bilər.

Həmçinin vurğulanıb ki, "ChatGPT" kimi sistemlər hər 10-50 sorğu üçün serverlərin soyudulması məqsədilə təqribən 50 ml su sərf edir. Uzun və formal üslublu sorğular isə enerji və resurs sərfini artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
oxu.az

1Mənbələr