AZ

Mossad agentinin İranda tutulduğu an! – Onun maşından çıxanlar dəhşətə gətirdi

İsraillə İran arasında gərginlik artdığı bir vaxtda Tehran-Qum avtomobil yolunda Mossad agenti yaxalanıb.

 

Oxu24.com  xəbər  verir    ki, avtomobildə çoxlu sayda partlayıcı tapılıb.

 

 

Ölkə daxilində casusluq əməliyyatları sürətlənib və İran ictimaiyyəti “maskalı və papaqlı şəxslərdən ehtiyatlı olmaq” barədə xəbərdarlıq edib.

 

 

Şübhəli avtomobilini tərk edərək piyada qaçmağa çalışsa da, İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Onun avtomobilinə ətraflı baxış zamanı seyfdə gizlədilən çoxlu sayda partlayıcı aşkar edilib.

 

İsrailin son günlər İranın yüksək səviyyəli hərbi hədəflərinə qarşı həyata keçirdiyi dəqiq hücumlardan sonra İranda “Mossad xəbərdarlığı” verilib. Ötən həftə təkcə paytaxt Tehranda İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

 

 

Seçilən
19
bizimshow.az

1Mənbələr