AZ

Bərk istilər zamanı paltarları çöldə qurutmaq olmaz — SƏBƏB

Alimlər yay istisində paltarların açıq havada qurudulmasının sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, bu vərdiş xüsusilə 32° C-dən yuxarı temperaturda və havadakı tozcuq (polen) miqdarı yüksək olan günlərdə insanların səhhəti üçün risklidir.

Ekspert Naycel Birmanın sözlərinə görə, nəm paltar poleni özünə hopdurar və onu yataq dəstlərinə, geyimlərimizə və dərimizə daşıya bilər. Bu isə allergiyası olanlar, xüsusilə də çiçək tozuna qarşı həssas insanlar üçün qaşınma, burun tutulması və göz sulanması kimi simptomlara səbəb ola bilər.

Alimlər belə günlərdə paltarların evdə, yaxşı havalandırılan şəraitdə qurudulmasını tövsiyə edirlər.

Seçilən
7
1
demokrat.az

2Mənbələr