AZ

Sürücülər bilmədən kütləvi şəkildə qırmızıda keçirlər: Bu yolda ciddi problem var VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda kamera vasitəsilə cərimələnən sürücü Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək yol hərəkətinin təşkilindəki nöqsanla bağlı şikayətini bildirib. Onun sözlərinə görə, Təbriz küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsində hərəkətdə olarkən svetoforu görə bilmədiyi üçün təsadüfən qırmızı işıqda keçib və bu səbəbdən cərimələnib.

Sürücü iddia edir ki, həmin ərazidə avtobuslar svetoforun qarşısını kəsdiyinə görə işıqfor görünmür. Qeydə alınmış video materialda da digər sürücülərin oxşar vəziyyətlə üzləşdiyi və eyni səbəbdən qırmızı işıqda keçdikləri açıq şəkildə görünür.

Şikayətçi problemin aradan qaldırılması üçün konsol dayaqlı (yuxarıdan asılmış) svetoforun quraşdırılmasını təklif edir. Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələni araşdıracaq və qəza, həmçinin cərimə riskini minimuma endirmək üçün zəruri tədbirlər görəcək.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
avtosfer.az

1Mənbələr