AZ

Azərbaycan səfirliyinin birinci katibi perulu merlə görüşüb

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Azərbaycanın Meksika səfirliyinin Lima şəhərindəki ofisinin birinci katibi Gültən Qafqazlı-Novruzova Limanın Pueblo-Libre rayonun bələdiyyə sədri Monika Tello Lopeslə görüşüb.

525.az xəbər verir ki, bu barədə rayon meri sosial şəbəkədə paylaşım edib.

“ Gültən Qafqazlı-Novruzova ilə mühüm görüş keçirdim. Bu görüş ölkələr arasında əlaqələrin gücləndirilməsinin və yeni ideyaların yaradılmasının vacibliyini bir daha təsdiqləyir”, – perulu siyasətçi qeyd edib.

Xatırladaq ki, daha əvvəl Peru Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə dünya azərbaycanlarına təbriklə bağlı bəyanat qəbul etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
525.az

3Mənbələr