Qobustan Rayon Mərkəzi Xəstəxanasında 14 tibbi və 7 qeyri-tibbi şöbə fəaliyyət göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediaturda məlumat verilib.
Məlumata görə, xəstəxanada 349 əməkdaş çalışır, onlardan 61-i həkim, 89-u orta tibb işçisi, 199-u isə digər heyətdir.
Xəstəxanada icra olunan əsas cərrahi əməliyyatlara Laparoskopik, Ginekoloji, LOR(qulaq-burun-boğaz),Uroloji, Oftalmoloji, Keysəriyyə, Travmatoloji daxildir.
Mina Mikayılova