AZ

Qarabağ dan ayıln futbolçu məhkəməyə verildi

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Serbiyanın "Partizan" klubu "Qarabağ"ın sabiq futbolçusu Partik Andradedən Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

Teleqraf xəbər verir ki, müraciət CAS-a 2024-cü ildə ünvanlanıb.

Dinləmələr isə bu həftə - iyunun 17-də olub. Müraciətin səbəbi və məhkəmənin qərarı açıqlanmayıb.

Xatırladaq ki, Patrik Andrade ilk dəfə "Qarabağ"da 2020-ci il avqustun 28-dən 2022-ci il iyulun 1-dək çıxış edib. Ardından o, azad agent qismində "Partizan"a keçib. 2022/2023 mövsümündə Andrade Belqrad komandasında 26 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Lakin Kabo Verde yığmasının yarımmüdafiəçisi 2023-cü il iyulun 15-də Serbiya klubundan yenidən Ağdam klubuna transfer olunub və onunla 2 illik müqavilə bağlanılıb. Bu ilin iyunun 11-də 32 yaşlı oyunçunun başa çatan sözləşmənin uzadılmadığı açıqlanıb. Hazırda Andrade klubsuzdur.

"Sabah" komandası 2025/2026 mövsümündə Sloveniyanın "Tsele" komandasını Avropa Liqasının I təsnifar mərhələsində üstələyəcəyi təqdirdə, II mərhələdə "Partizan" - AEK (Larnaka, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
5
qaynarinfo.az

6Mənbələr