AZ

Bu il TƏBİB-ə daxil olan müraciətlərin SAYI AÇIQLANDI

2025-ci ilin ilk 5 ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 10 546 023 müraciət qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediaturda TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Quliyev deyib.

Onun sözlərinə görə, onlardan 219 180-i stasionar, 10 326 843-ü ambulator olub. 

E.Quliyev bildirib ki, eyni dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 37 481 249 (4 889 729-u stasionar, 32 591 520-si ambulator olmaqla) olub.

Mina Mikayılova

Seçilən
21
2
bakivaxti.az

7Mənbələr