AZ

İsveçrə İrandakı səfirliyini müvəqqəti bağlayır - Səfir Azərbaycana gəlib

İsrail və İran arasında artan gərginlik fonunda İsveçrə İrandakı səfirliyini müvəqqəti olaraq bağlayır.

Olaylar xəbər verir ki, bu barədə İsveçrə XİN məlumat yayıb.

Qeyd edilib ki, İsveçrə İsrail və İran arasında münaqişənin kəskinləşməsindən dərin narahatlıq keçirir və bütün tərəfləri təmkinli olmağa çağırır:

"Bütün əcnəbi heyətimiz indi İranı tərk edib və güvəndədir.

Beş əcnəbi heyət və onların tərəfdaşları Türkmənistana yola düşüb; Səfir Nadine Olivieri Lozano da daxil olmaqla, qalan yeddi heyət üzvü də indi quru sərhədi keçib, Azərbaycana üz tutublar.

Vəziyyət imkan verən kimi Tehrana qayıdacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
12
olaylar.az

10Mənbələr