AZ

İran danışıq üçün Trampı yox, Avropa liderlərini seçdi...


Xaqani Cəfərli: "İran rəsmiləri həqiqətən İsrailin hücumlarını dayandırmasını istəyirsə, nüvə proqramından tam imtina etməli və ölkədə islahatlara başlamalıdırlar"

Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri ("Avropa üçlüyü") Yohann Vadeful, Jan-Noel Barro və Devid Leammi iyunun 20-də Cenevrədə iranlı həmkarları Abbas Əraqçi ilə İranın nüvə proqramı ətrafında vəziyyətlə bağlı danışıqlar aparıblar.

Reuters mənbələrinə istinadən xəbər verir ki, bu danışıqlardan əvvəl "Avropa üçlüyü"nün nümayəndələri Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla görüşüblər. Mənbə bildirib ki, plan ABŞ ilə razılaşdırılıb. Görüş Almaniyanın Cenevrədəki konsulluğunda keçirilib.

Məlumatlara görə, Əraqçi Avropa diplomatlarını inandirmağa çalışıb ki, ölkəsinin nüvə silahı istehsal etmək fikri yoxdur, ABŞ onları şantaj edir.

Goründüyü kimi, İran ABŞ-la deyil, Avropa ilə danışmağa daha çox meyl edir. Bu nə dərəcədə uğurlu taktikadır və İran nəyə görə Amerikanı yox, Avtopanı seçir?

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında politoloq Xaqani Cəfərli bildirdi ki, İranın xarici işlər naziri Abbas Əraqçinin Almaniya, Fransa və Böyük Britaniyadan olan həmkarları Yohann Vadeful, Jan-Noel Barro və Devid Leammi ilə iyunun 20-də Cenevrədə keçirilən görüşü İran ətrafında yaranmış vəziyyəti dəyişmək iqtidarında deyil: "Çünki İrana qarşı hərbi əməliyyatları bu ölkələr aparmır. İsraili dayandırmaq isə bu dövlətlərin gücü daxilində deyil. Üstəlik, bu dövlətlərin belə bir niyyəti də yoxdur. Digər tərəfdən, heç bir dövlət, hətta İranın müttəfiqləri hesab olunan Rusiya və Çin də ABŞ-ın qayda tanımayan prezidenti Donald Trampla İrana görə qarşı-qarşıya gəlmək istəmir. Belə olan halda Almaniya, Fransa və Böyük Britaniya ilə anlaşmaq mümkün deyil. Hətta möcüzə baş versə və belə bir razılaşma olsa da bu heç nəyi dəyişməyəcək.

İranın ABŞ-la deyil, Avropa ilə danışmağa çalışaraq Vaşinqtonu oyundan kənarda saxlamaq taktikası ancaq özünə zərər verir. Bu nəticəsiz danışıqlar uzandıqca İran ağır itkilər verir. Əgər İran rəsmiləri həqiqətən İsrailin hücumlarını dayandırmasını istəyirsə nüvə proqramından tam imtina etməli və ölkədə islahatlara başlamalıdırlar. İranın seçim imkanı, demək olar ki, yoxdur".

Akif NƏSİRLİ

Seçilən
11
baki-xeber.com

1Mənbələr