AZ

"Qarabağ"dan növbəti transfer

“Qarabağ” yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi Pedro Bikalyonu heyətinə qatıb. 24 yaşlı dayaq yarımmüdafiəçi ilə "3+1" illik müqavilə imzalanıb. O, "köhlən atlar"da 35 nömrəli formanı geyəcək.

Qeyd edək ki, peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib. O, başa çatan mövsümdə "Alverka"nın heyətində 35 oyuna çıxaraq 2 qol vurub.

Xatırladaq ki, “Qarabağ” daha öncə Dani Boltu transfer edib.

Seçilən
31
4
football-plus.az

10Mənbələr