AZ

Elçin Məsiyev 1/4 finala təyinat aldı - AÇ

FİFA referisi Elçin Məsiyev təyinat alıb.

"Football-plus.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya – İtaliya oyununun ehtiyat hakimi olacaq.

Qarşılaşmanı litvalı Manfredas Lukjançukas idarə edəcək.

İyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.

Seçilən
27
20
football-plus.az

10Mənbələr