AZ

Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım edib

Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfəri barədə məlumat verib.

Bununla bağlı Prezidentin köməkçisi özünün “X” səhifəsində paylaşım edib.

“Diplomatik korpusla Laçına səfər. Laçın hava limanına endik, sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik”, – o yazıb.

H.Hacıyev Ağdam-Bakı qatarı ilə paytaxta qayıdacaqlarını da əlavə edib.

Qeyd edək ki, Laçına səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bir sıra məkanlarda olublar. Onlar Laçın İstirahət Kompleksi, “Hoçazfilm” studiyası, “Yurd” qalereyası, “Lacinema” mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və “Gilabi Ceramics” mərkəzlə tanış olublar.

 

AzPost.az

Seçilən
23
36
azpost.info

10Mənbələr