AZ

Lionel Messi: “Kristiano Ronaldo ilə dost deyilik, amma…”

“İnter Mayami”nin 37 yaşlı argentinalı ulduzu Lionel Messi “Əl-Nəsr”in 40 yaşlı portuqal udluzu Kristiano Ronaldo haqda söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, Messinin müvafiq söhbətini təqdim edir:

“Mən Kristiano Ronaldoya hörmət bəsləyirəm və onun qurduğu və davam etdirdiyi karyerasına heyranam. O, əvvəlki tək ən yüksək səviyyədə çıxış edir.

Onunla rəqabətim meydanda idi… bizim hər birimiz öz komandamız üçün mümkün olan hər şeyi etməyə çalışmışıq. Hər şey elə, meydanda qalıb. Meydandan kənarda biz iki adicə oğlanıq. Biz dost deyilik, çünki birlikdə vaxt keçirmirik, amma biz bir-birimizə həmişə böyük hörmətlə yanaşmışıq”, deyə Lionel Messi vurğulayıb.

Xatırladaq ki, Messi – Ronaldo rəqabəti XXI əsrdə “Barselona” – “Real” rəqabətinin hərəkətverici qüvvəsi olub. Hər iki ulduz yüksək səviyyəli peşəkar çıxışı ilə pərəstişkarlar qazanıblar. Bu rəqabətdən futbol dünyası qazanıb – onlarla rekordlar yenilənib, gözəl oyunlar izlənilib, qənimətlər qaldırılıb. Hazırda hər iki futbolçu karyerasının qürubuna doğru ayları sayır, desək, yanılmarıq.

Seçilən
5
arena.az

1Mənbələr