AZ

Vuçiç: Serbiyadakı etirazlar təhsilə zərər vurub, minlərlə tələbə ölkəni tərk edib

Apa.az saytına istinadən ain.az xəbər verir.

Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, ölkədəki etiraz aksiyaları, universitetlərin blokadası və kütləvi nümayişlər təhsil sisteminə ciddi zərbə vurub.

APA xəbər verir ki, o, bu fikirləri "TV Prva" telekanalına müsahibəsi zamanı səsləndirib.

Prezidentin sözlərinə görə, yaranmış qeyri-sabitlik fonunda minlərlə tələbə Serbiya universitetlərini tərk edərək əsasən Sloveniya, Xorvatiya, Avstriya və Macarıstana üz tutub.

“Bu gün biz tarixdə ən böyük axını müşahidə edirik. Bu axın Birinci və İkinci Dünya müharibələri dövründən də böyükdür,” – deyə Vuçiç vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
apa.az

2Mənbələr