AZ

Bərdədə polis 7 kiloqram narkotik vasitə aşkarladı - VİDEO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb.

"Unikal" xəbər verir ki, onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidən 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Seçilən
211
50
unikal.az

10Mənbələr