AZ

Paşinyan Ərdoğanı İrəvana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə İrəvana səfərə dəvət edib.

 

Sfera.az bu barədə İnterfaks nəşrinə istinadən xəbər verir.

 

“Mən Türkiyə prezidentini gələn ilin yazında Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfərə dəvət etmək niyyətindəyəm”, - Paşinyan İstanbulda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

 

Onun sözlərinə görə, sammit həm də Türkiyənin yardımı ilə İrəvanda baş tutacaq. Xatırladaq ki, may ayında Paşinyan Avropa Siyasi Birliyinin 8-ci sammitinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Qeyd edək ki, Avropa Şurasının prezidenti Antonio Kosta sosial şəbəkədəki səhifəsində yazıb ki, sammit 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə Azərbaycanda ( birinci yarıda ) və Latviyada ( ikinci yarıda ) keçiriləcək.

 

Fidan Hacızadə

Sfera.az

 

 

Seçilən
11
1
sfera.az

10Mənbələr