AZ

ABŞ bazasından bombardmançı təyyarələr havaya qalxıb: İranın nüvə obyektinə zərbə endiriləcək?

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-2" bombardmançı təyyarələri Missuri ştatındakı bazadan havaya qalxıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Militarist" "Telegram" kanalı məlumat verib.

"Bunlar məhz o təyyarələrdir ki, İranın yaxşı möhkəmləndirilmiş Fordo nüvə obyektinə zərbə endirmək üçün lazımdır", - deyə kanal yazıb.

Bildirilib ki, bombardmançı təyyarələrlə birlikdə eyni istiqamətdə səkkiz yanacaq doldurmaq üçün olan tanker təyyarəsi də havaya qalxıb.

Qeyd edək ki, iyunun 20-də ABŞ-nin "Defence News" nəşri bildirmişdi ki, İrana zərbə endirmək üçün "bunkerlərin dağıdıcısı" kimi tanınan "GBU-57" bombasını daşıya bilən "B-2 Spirit" strateji bombardmançı təyyarəsi bir neçə hava gəmisi ilə birlikdə Missuri ştatındakı Uaytmen aviabazasından 30 saatlıq uçuş həyata keçirməli və geri dönməli olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
oxu.az

2Mənbələr