AZ

İran Qrossidən BMT Təhlükəsizlik Şurasına şikayət etdi

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossidən Tehranın nüvə fəaliyyətinə dair yanaşmasına görə BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Oxu.Az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi xəbər verib.

Təhlükəsizlik Şurasına göndərilən məktubda iddia edilib ki, İsrailin İrana hücumu ərəfəsində BAEA baş direktorunun açıqlamaları neytrallıq prinsipinin açıq və ciddi şəkildə pozulmasıdır.

Qeyd edilib ki, bu cür bəyanatlar BAEA-nın əsasnaməsində nəzərdə tutulmuş vəzifə və hüquqi öhdəliklərə ziddir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
178
50
oxu.az

10Mənbələr