sport24.az saytına istinadən ain.az xəbər verir.
"Sabah"ın Avropa Liqasının I təsnifat mərhələsində "Selye" ilə oyunlarının başlama saatı dəqiqləşib. Sport24.az xəbər verir ki, Azərbaycan Kubokunun sahibi Sloveniya təmsilçisini iyulun 10-da qəbul edəcək.
"Bank Respublika Arena"da keçiriləcək matçın start fiti saat 20:00-da veriləcək.
Bir həftə sonra baş tutacaq cavab görüşü isə Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Sloveniyada təşkil olunacaq ikinci qarşılaşma Selye şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.