AZ

Putin Ukraynanı Donbass və Novorossiyadan imtina etməyə çağırdı


Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Ukrayna “Donbass və Novorossiyada keçirilən referendumun nəticələrini” tanımalıdır. O, Sky News Arabia telekanalına müsahibəsində deyib ki, Ukraynadakı vəziyyəti nizamlayanda rus dilinin və rusiyayönlü sakinlərin hüquqlarını təmin etmək lazımdır. "Kiyev Rusiya Federasiyasına qarşı fəaliyyət göstərən oyuncaq rejimlərin maraqlarını deyil, milli maraqları güdməlidir", - deyə Putin qeyd edib. O, həmçinin əlavə edib ki, Ukrayna rəhbərliyindəki nasist elementlər aradan qaldırılmalıdır.

Surxay Əliyev

Seçilən
54
baki-xeber.com

1Mənbələr