Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Moldovanın uyğun yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Binə stadionunda təşkil olunan matç Aqil Nəbiyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolları Şikar Şikar və Ömər Kosayev vurublar.
Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilən ilk oyunda Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb.