AZ

Millimizin U-16 komandası qələbə ilə yadda qaldı

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.

Busaat.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun Aqil Nəbiyevin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin qollarını Şikar Şikar və Ömər Kosayev vurublar.

Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilmiş ilk oyunda da Azərbaycan millisi qələbə qazanıb – 3:2.

Seçilən
0
17
busaat.az

10Mənbələr