AZ

Fatih Altaylı saxlanıldı

Jurnalist Fatih Altaylı, YouTube kanalında dünən yayımlanan videosunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı işlətmiş olduğu ifadələr səbəbilə başlanan istintaq çərçivəsində saxlanılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu, Altaylının YouTube kanalındakı çıxışında yer alan ifadələrə görə "Prezidenti hədələmə" ittihamı ilə istintaqa start verib. 

Baş Prokurorluqdan rəsmi açıqlama:
"Fatih Altaylı barəsində, öz adına açılmış "YouTube" sosial media kanalında 20.06.2025 tarixində yayımlanan videoda Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğana yönəlmiş təhdid xarakterli ifadələr səbəbilə, Türkiyə Cəza Qanununun 310/2-ci maddəsi və 106/1-ci maddəsi əsasında 'Prezidenti təhdid' cinayətindən resen istintaq başlanmış, adıçəkilən şəxs İstanbul Polis İdarəsinə verilən göstərişə əsasən bu gün saxlanılmışdır"

Fatih Altaylının həyat yoldaşı Hande Altaylı, sosial media paylaşımında belə yazıb:

"Az əvvəl Fatihi apardılar, hara aparıldıqlarını bilmirik."

Lalə Qüdrətova
Milli.Az

Seçilən
36
milli.az

1Mənbələr