AZ

Avtobusu dərəyə aşırıb 5 nəfərin ölümünə səbəb olan sürücü cəzalandı 4 İL HƏBS VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Beş nəfərin ölümü ilə nəticələnən qəzaya görə avtobus sürücüsü 4 il müddətinə azadlıqdan məhrum edilib. Avtosfer.az xəbər verir ki, hadisə 2024-cü il sentyabrın 10-da Yakutiyada A-360 "Lena" federal avtomobil yolunda baş verib. Bu barədə Saxa Respublikası Prokurorluğu məlumat yayıb.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs idarə etdiyi “Higer” markalı avtobusla “Çulman” hava limanından sərnişinləri Aldan şəhərinə aparırmış. O, sərnişinləri götürdükdən bir qədər sonra avtobusun sükan idarəetməsini itirərək qarşı zolağa keçib və oradan da dərəyə aşırıb. Qəza nəticəsində avtobus olan sərnişinlərdən beşi ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb.

Qeyd edilir ki, həbs olunan şəxs 4 il cəzaçəkmə müəssisəsində cəza çəkməklə yanaşı, 2,5 il müddətinə nəqliyyat idarə etmək hüququndan da məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
avtosfer.az

1Mənbələr