Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.
Sfera.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirin yedinci görüşündə yarım yüngül çəkidə mübarizə aparan Məhəmməd Nayimov (Tacikistan) ilə Boqdan Qrad (Avstriya) üz-üzə gəliblər.
Görüş Məhəmməd Nayimovun qələbəsi ilə başa çatıb.
Gecənin əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. İkinci ən vacib döyüş Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.