AZ

Mbappe Meksika klubu ilə oyunda da iştirak etməyəcək

BAKI, 22 iyun. TELEQRAF

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe komandası ilə Klublararası Dünya Çempionatının 2-ci turunun "Paçuka" (Meksika) ilə matçına getməyəcək.

Teleqraf “Marca” nəşrinə istinadən xəbər verir ki, daha əvvəl kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilən futbolçu “Kral Klubu”nun mundialda ardıcıl ikinci oyununu buraxacaq.

Məlumata görə, Mbappe hələ də komanda ilə məşq etmir və onun yaşıl meydanlara nə vaxt qayıdacağı dəqiq bəlli deyil. Həkimlər futbolçunun durumunu nəzarətdə saxlayırlar.

Yada salaq ki, dünya çempionatının ilk turunda “Real Madrid” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə heç-heçə edib (1:1). Kilian Mbappe həmin matçda iştirak etməyib.

Seçilən
25
27
teleqraf.com

10Mənbələr