AZ

DTX-nın saxladığı sabiq icra başçısı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib.

 

Senzor.az bildirir ki, bu barədə qərar Səbail rayon Məhkəməsində keçirilən prosesdə verilib.

 

Sabiq icra başçısı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Musa Şəkiliyev ötən gün DTX-nın əməliyyatı zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

 

Bu gün Prezident İlham Əliyevin sərəncamına əsasən o, Qax rayon icra başçısı vəzifəsindən azad edilib.

Seçilən
14
16
senzor.az

10Mənbələr