AZ

ABŞ-nin zərbələrindən sonra İranda radioaktiv çirklənmə əlamətləri aşkar edilməyib

Bakı. Trend:

ABŞ-nin zərbələrinə məruz qalan İsfahan, Natanz və Fordodaİranın nüvə obyektlərində radioaktiv çirklənmə əlamətləriyoxdur.

Trend-in məlumatına görə, bu barədə İranın Milli NüvəTəhlükəsizliyi Mərkəzi məlumat yayıb.

"Görülən tədbirləri, ilkin planlaşdırma və radioaktiv aşkarlamasistemləri tərəfindən qeydə alınan məlumatlar nəzərə alınaraq,çirklənmə əlamətləri aşkar edilməyib", - deyə qurumun bəyanatındabildirilib.

Mərkəz həmçinin rəsmi olaraq ABŞ-yi İrana nüvə proqramı iləbağlı hədəfləri vurmaqda ittiham edib. Qeyd edilib ki, ABŞhakimiyyəti İran obyektlərinə hücum etməklə beynəlxalq hüququ, ocümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozub.

Seçilən
36
29
az.trend.az

10Mənbələr