Bakı. Trend:
ABŞ İranın nüvə obyektlərinə hücum edərək beynəlxalq hüququ vənüvə silahının yayılmaması rejimini pozub.
Trend-inməlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Araqçideyib.
Onun sözlərinə görə, ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun"uzunmüddətli nəticələri olacaq".
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.