AZ

ABŞ-dan İrana XƏBƏRDARLIQ: Nüvə obyektlərinə zərbə müvəqqəti addımdır, məqsəd rejimi dəyişmək deyil

ABŞ prezidenti Donald Trampın administrasiyası İran tərəfini xəbərdar edərək bildirib ki, ölkənin nüvə obyektlərinə endirilmiş zərbələr birgə və davamlı hərbi əməliyyatın başlanğıcı deyil.

Bu barədə “Wall Street Journal” nəşri yazıb.
 

ABŞ rəsmisinin verdiyi açıqlamaya əsasən, bu hərbi addım İrana qarşı rejim dəyişikliyi məqsədi güdmür, yalnız konkret və məhdud bir mesaj xarakteri daşıyır.


Nəşrin yazdığına görə, Vaşinqton bu mesajı İrana birbaşa yox, ərəb ölkələrinin yüksək rütbəli rəsmiləri vasitəsilə çatdırıb. ABŞ tərəfi regiondakı gərginliyin daha da artmaması üçün diplomatik kanallardan istifadə etməyə çalışır. Açıqlamaya görə, mesajın əsas məğzi belədir: hava zərbələri artıq bitib və Tehran danışıqlar masasına qayıtmalıdır.

Bu addım həm də göstərir ki, ABŞ bölgədə yeni müharibə ocağının yaranmasında maraqlı deyil və mövcud böhranın siyasi yollarla həll olunmasına üstünlük verir. Vaşinqtonun mövqeyinə görə, zərbələr bir növ “qırmızı xətt” xəbərdarlığıdır və əsas məqsəd İranın nüvə fəaliyyətlərinin dayandırılması və ya məhdudlaşdırılmasıdır.

Xatırladaq ki, bölgədə son günlər artan gərginlik fonunda İran və İsrail arasında münasibətlər daha da kəskinləşib. Belə bir şəraitdə ABŞ-ın tərəfləri sülh danışıqlarına təşviq etməsi həm regional sabitlik, həm də beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
25
22
news365.az

10Mənbələr